Daha bir yol yenidən qurulur


01:28     09 Yanvar 2018 151542098335453757_1000x669_1515421513.jpg

Sabirabad rayonu ərazisindəki Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən yenidən qurulur.


Agentliyin mətbuat xidmətindən Femida.az -a bildirilib ki, Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edəcək.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, yeni yol əsası inşa edilir. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınacaq. Ümumilikdə yola 230 min kvadratmetrdən çox asfalt örtüyü döşənəcək.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeniləri qurulacaq. Bərpa işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Açar sözlər:

Oxunub: 1034