Bakı metrosu qana boyandı - 23 yaşlı gənc özünü qatarın altına atdı


03:55     09 Yanvar 2018 metro%20(1).jpg

Bakı metrosunda intihar hadisəsi baş verib.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Femida.az-a açıqlamasında bildirib ki, hadisə 22:10 radələrində "Ulduz" metro stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən, 15 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

Bakıda özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib.

Bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.


Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 5928