Bəzi qaz sayğacları niyə hələ də sıfırlanmayıb? - Rəsmi AÇIQLAMA


13:38     09 Yanvar 2018 qaz%20saygaci.jpg

Yanvar ayının 8-i olmasına baxmayaraq, bəzi abonentlər hələ də mavi yanacaq üçün təyin olunan 1700 kubmetrlik limitin sıfırlanmadığını deyirlər.


Femida.az xəbər verir ki, bəzi abonentlər hələ də sayğaclarda limitin təzələnmədiyini iddia edib. Yəni 2017-ci ildə limiti keçən sayğaclarda hər kubmetr qaz sərfiyyatı üçün kartın balansından 20 qəpik silinir. Halbuki, yanvar 1-dən 10 qəpik silinməli idi.

Məsələ ilə bağlı ``Azəriqaz`` İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev deyib ki, bunun əsas səbəbi 2017-ci ildə karta yüklənən məbləğin hələ də bitməməsidir.

O ki qaldı mexaniki qaz sayğaclarında yeni limitin hansı qaydada açılması məsələsinə, İbrahim Kərbalıyev bildirib ki, artıq ölkə üzrə bütün mexaniki sayğacların yeni limitə keçməsi tam təmin olunub:

`Bunun səbəbi odur ki, həmin sayğaclara 2017-ci ildə yüklənən məbləğ hələ bitməyib. 2018-ci ildə smart karta edilən ilk ödənişdən etibarən sərfiyyat hər kubmetr üçün 10 qəpikdən hesablanacaq`

Qeyd edək ki, 2017-ci ildə mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin cəmi 20%-i ayrılmış illik limiti keçib. (xezerxeber)

Femida.az

Açar sözlər:

Oxunub: 916