Ağdamda 66 yaşlı kişi özünü asdı - Qızının külli miqdarda borcu varmış


14:12     09 Yanvar 2018 intihar%20%20w.jpg

Ağdam rayonunda intihar hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində məcbir köçkünlər üçün olan yaşayış massivində baş verib.

Rayonun Boyəhmədli kənd sakini, 1952-ci il təvəllüdlü Cəbiyev Hikmət Araz oğlu həmin qəsəbədəki 472 saylı evin həyətində özünü ağacdan asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.

***

Femida.az-a daxil olan məlumata görə, Hikmət Cəbiyevin qızı ərə gedib və onun külli miqdarda borcu olduğu deyilir. Qeyd edək ki, Hikmət Cəiyevin qardaşı Qəni Cəbiyev də uzun illər öncə intihar edibmiş.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 4024