İşsizlərə ŞAD XƏBƏR!


14:40     09 Yanvar 2018 issizler7.jpg

İşsiz kimi qeydiyyata alınmış şəxsə onun əmək bazarına yenidən qaytarılması və işə düzəldilməsində kömək göstərilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən fərdi məşğulluq proqramı tərtib olunacaq.


Femida.az xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması"nda öz əksini tapıb.

Bu Qayda və hesabatın forması "İşsizlikdən sığorta haqqında" qanuna əsasən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən işsizlərə fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını, həmçinin fərdi məşğulluq proqramının icrasına dair hesabatlılıq formasını müəyyən edir. Fərdi məşğulluq proqramı - işsizin işə düzəlməkdə və əmək bazarına qaytarılmasında kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. Fərdi məşğulluq proqramının icrası barədə hesabat - işsizin fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən hesabatdır.

İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Xidmətin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir.

İşsiz fərdi məşğulluq proqramını elektron qaydada və ya kağız üzərində əldə etdikdən sonra Xidmətin yerli orqanı ilə birlikdə onun yerinə yetirilməsinə başlayır.

Femida.az

Açar sözlər:

Oxunub: 2782


Oxşar xəbərlər