Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı


15:30     09 Yanvar 2018 aeroport.jpg

Son illər Azərbaycana böyük maraq göstərən ərəb turistlər təkcə paytaxt Bakıya yox, artıq bölgələrə də üz tutmaqda maraqlıdır.


Femida.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Air Arabia” aviaşirkәti Qәbәlәyә birbaşa reys açıb. Şirkət müştərilərin Qəbələyə olan tələbatını və vaxt itkisini nəzərə alaraq bu addımı atıb.

Artıq şirkətin saytında uçuş olan aeroportların siyahısına Qəbələ aeroportu da əlavə olunub. Uçuşların yaz aylarından etibarən başlanması nəzərdə tutulub.

Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən “Air Arabia” ucuz aviaşirkət hesab olunur.

Femida.az


Açar sözlər:

Oxunub: 602