Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ

Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ


15:38     09 Yanvar 2018 mulhazil.jpg

Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

Femida.az-ın “Report”a istinadən məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.

Femida.az

Açar sözlər:

Oxunub: 985