Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı


15:41     09 Yanvar 2018 mmelik6.jpg

Bakıda özünü dənizə atan şəxsin meyiti tapılıb.


Femida.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun meyiti ötən gecə Bulvar ərazisində tapılaraq sudan çıxarılıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1135