14 yaşlı qız itkin düşüb - FOTO


15:50     09 Yanvar 2018 fff%20(2)5.JPG

Bakının Maştağa qəsəbəsində 14 yaşlı qız itkin düşüb.


Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən Femida.az -a verilən məlumata görə, Maştağa qəsəbə sakini, 2004-cü il təvəllüdlü Nəsibə Namiq qızı Mirzəyeva yanvarın 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən N. Mirzəyevanın əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub.


Qeyd edək ki, polis itkin düşən yeniyetmə qızın fotosunu da APA-ya təqdim edib. Onu görənlərdən (012) 455-44-32, (012) 455-02-02 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

Femida.az

Açar sözlər: ogurluq   cinayet  

Oxunub: 1568