Bakıda daha bir küçə əsaslı təmir olunur - FOTO


17:25     09 Yanvar 2018 2018/01/yol2_1515489874.jpg

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Binəqədi rayonunda daha bir küçənin əsaslı təmirinə start verib.


Femida.az xəbər verir ki, söhbət 930 metr uzunluğunda olan Məsud Davudoğlu küçəsindən gedir. Küçənin eni 7-8 metr arası dəyişir. Əsaslı təmir çərçivəsində küçənin eni 11-12 metrə qədər genişləndirilir.

Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun 8 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.



Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə “cib”li dayanacaq hissələr yaradılır.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 36 ədəd yeni baxış qapaqları qoyulacaq.

Femida.az

Açar sözlər: Yol   Binəqədi   Təmir  

Oxunub: 508