67 yaşlı qadın bıçaqla öldürüldü - Abşeronda
16:50 09 Yanvar 2018
Abşeron rayonunda ahıl qadın bıçaqlanaraq qətlə yetirilib.
Femida.az-ın Report-a istinadən xəbərinə görə, hadisə rayonun Saray qəsəbəsində baş verib.
Belə ki, 1951-ci il təvəllüdlü Seyidzadə Hocaxanım Məhəmməd qızı naməlum şəxs tərəfindən yaşadığı evdə bədən nahiyələrinə çoxsayılı bıçaq zərbələri vurularaq qətlə yetirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Femida.az
Oxunub: 424