İntihar edən gəncin əmisi: " Təhsil haqqı vaxtında ödənilib " (FOTOLAR)


21:19     09 Yanvar 2018 2018/01/26755491_993368594136778_128207081_n_1515507311.jpg

Ötən gecə Bulvar ərazisində özünü dənizə ataraq intihar edən 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun meyiti tapılıb.


Femida.az xəbər verir ki, 23 yaşlı gəncin meyiti sudan çıxarılaraq məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Səbail şöbəsinə aparıblar.

Qeyd edək ki, mətbuatda Məlik Cahangirova aid edilən meyitin tapılması ilə bağlı xəbərlər yayılmışdı. Səhər Xəzər dənizindən çıxarılan meyit başqa bir şəxsə aid imiş.

***

Məlik Cahangirovun meyiti hazırda Pataloji anatomiya bürosundadır və Məhkəmə Tibbi-Ekspertiza şöbəsinin həkimləri meyitin yarılmasını həyata keçirilir.

İntihar edən gəncin əmisi Femida.az-a bildirib ki, Məlik Cahangirovun təhsil haqqı vaxtında ödənilib və heç bir problemindən xəbərləri olmayıb.















Mircəlal Məcidli
Fotolar: Elvin Abdulla

Femida.az

Açar sözlər: İntihar   Ekspertiza   Tələbə   Məlik   Cahan    

Oxunub: 5092