"Bu, Ermənistan üçün təhdiddir" - Erməni siyasətçi qorxu içində


01:05     10 Yanvar 2018 2018/01/iskandaryan_1515517540.jpg

“İrandakı qeyri-sabitlik Ermənistan üçün təhdiddir”.


Bu sözləri Yerevanda keçirilən mətbuat konfransında erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndaryan deyib. Femida.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

“Qonşu ölkələrdən cəmi ikisi ilə münasibətlərimiz yaxşıdır. Bunlardan da biri İrandır. Ermənistan-İran münasibətləri bütün istiqamətlərdə inkişaf edir. Gürcüstan və İrandakı potensial gərginlik Ermənistana da mənfi təsir göstərir. İranda baş verən etirazlar üçün zəmin var idi. Lakin ümidvarıq ki, etirazlar daha da böyümədən səngiyəcək”.

Amin Nəzərli


Femida.az


Açar sözlər: İran   Ermənistan   Siyasət   Etiraz  

Oxunub: 1695