Erməni iqtisadçıdan acı etiraf: "Azərbaycan müstəqil şəkildə..."


02:46     10 Yanvar 2018 18_01_09_1515520200.jpg


“Ermənistanda qiymət artımının səbəbi Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdür”.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, İrəvanda keçirilən mətbuat konfransında iqtisadçı Karen Çilingaryan belə deyib. O, Ermənistanın AİB-ə üzv olmasından sonra gömrük vergilərinin artdığını, bunun nəticəsində də qeyri-taraz qiymət artımının yaşandığını deyib:

"İndiyə qədər ən ucuz yanacaq vasitəsi kimi qazdan istifadə edirdik. Amma indi qazın da qiyməti artıb. Rusiya, Belarusiya və Qazaxıstanda həyat standartları bizim ölkədən yüksəkdir. Amma Ermənistanda vəziyyət fərqlidir. Odur ki, AİB-ə üzvlük nəticəsində üçüncü ölkələrdə istehsal olunan və Ermənistana idxal edilən malların qiyməti artmaqda davam edəcək. Bu da istehlakçıların xeyrinə olmayan situasiyadır.

Çilingaryan birliyə üzv olmayan Gürcüstan və Azərbaycan haqqında isə bunu deyib:

"Ermənistanın bu ittifaqa üzvlüyü iqtisadi deyil, siyasi səbəblərə görədir. İttifaq iqtisadi baxımdan bizə heç nə vermədi. Gürcüstan və Azərbaycan birliyə üzv deyil və üzv olmadan öz mallarını müstəqil şəkildə Rusiya bazarına ixrac etmə imkanına malikdirlər".

Amin Nəzərli


Femida.az

Açar sözlər: Ermənistan   qiymət   bahalaşma    

Oxunub: 2780