Apellyasiya Məhkəməsinin işçisini maşın vurdu


13:57     10 Yanvar 2018 qezaaaaa5.jpg

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhərin Atatürk prospektində, Gəncə Apellyasiya Məhkəməsinin qarşısında piyada Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


Məlumata görə, o, Gəncə Apellyasiya Məhkəməsinin işçisidir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Məhkəmə   Hakim   Qəza   Femida.az    

Oxunub: 1193