Ermənistanda kütləvi zəhərlənmə


14:26     11 Sentyabr 2015 pic_c0a93a09e1a7555bd98743fa05846aa2.jpg


Ermənistanın Ararat rayonunda məktəblilərin kütləvi zəhərlənməsi faktı qeydə alınıb.

Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ümumilikdə 45 məktəbli zərər çəkib.

Məlumata əsasən, Baqramyan kəndindən bir neçə məktəbli həkimlərə ürəkbulanma, başgicəllənmə və qarın ağrısı ilə şikayət ediblər. Həkimlər eyni simptomları digər şagirdlərdə də aşkar ediblər.

Hal-hazırda 43 məktəbli xəstəxanaya yerləşdirilib, daha ikisi isə ambulator müalicə alır.

Uşaqlar bildiriblər ki, onlar məktəbin yeməkxanasında hot-doq yedikdən sonra özlərini pis hiss etməyə başlayıblar.

Açar sözlər:

Oxunub: 738