Polis Lənkəranskinin qardaşını nəzarətə götürdü


14:36     10 Yanvar 2018 2018/01/raxa_1515515607.jpg


Ötən gün Rövşən Lənkəranskinin qardaşı, sabiq polkovnik Namiq Canıyevin İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılması barədə xəbər yayıldı.


Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu informasiya həqiqətə uyğun deyil. Namiq Canıyev Azərbaycanın 4 vətəndaşı ilə birlikdə yalnız zaminə buraxılıb. Onlara Türkiyəni tərk etmək qadağan edilib. Üstəlik onlar, məhkəmə təhqiqatının tamamlanmasına qədər, gündə iki dəfə türk polisində qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, Namiq Caniyev noyabrın 2-də Türkiyə polisinin keçirdiyi operativ əməliyyat nəticəsində İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Onun da daxil olduğu 13 nəfərlik qrup 22 illik həbsxana həyatından sonra Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmış və Türkiyəyə getmiş “qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd planlaşdırmağa cəhd edib. Onlar “Lotu Quli” və ətrafı ilə haqq-hesab çəkmək istəyirmişlər.

Femida.az

Açar sözlər: Rövşən   Lənkəranski   hüquq-mühafizə   polis  

Oxunub: 1290