Mikayıl Cabbarov Fazil Məmmədovun qudasını müddətsiz məzuniyyətə göndərdi


14:54     10 Yanvar 2018 2018/01/mikayil-fazil_1515567291.jpg


Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.


Femida.az “Report”a istinadən xəbər verir ki, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.

Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavin təyin olunacaq. Bu vəzifəyə hazırda təhsil nazirinin müavini olan Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.

Femida.az

Açar sözlər: Fazil-Məmmədov   Mikayıl-Cabbarov   Vergilər   Nazir  

Oxunub: 1424


Oxşar xəbərlər