Ərinə xəyanət edən qadınları hansı CƏZA GÖZLƏYİR?


16:59     10 Yanvar 2018 2018/01/xeyanet2_1515581146.jpg

Müxtəlif ölkələrdə ərinə xəyanətə görə qadınlara hansı cəzalar tətbiq olunur?


Femida.az xəbər verir ki, cəzalar sırasında ölüm hökmü də var. Əvvəllər hətta fillər tərəfindən tapdalanma da xəyanətin cəzası olub.

İran, Səudiyyə Ərəbistanı, Mavritaniya, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Sudanda qadının ərinə xəyanət etməsi sübut olunduğu halda, onu daş-qalaq edərək öldürürlər. Xanımına xəyanət etmiş kişilər isə yalnız ictimai qınaqla üzləşirlər. İranda mövcud olan qanuna görə, xəyanət etmiş qadın əri, yaxud ərinin kişi qohumları tərəfindən məhkəməyə qədər öldürülə bilər.

Şəriət qaydalarının güclü olduğu Pakistanda isə xəyanətə görə qadını kütlə qarşısında asırlar.

Əfqanıstanda Taliban hərəkatı qadınları xəyanətə görə daş-qalaq edir, yaxud asır. Lakin yeni Əfqanıstan hökuməti bu qaydaları yüngülləşdirərək, xəyanətə görə şallaq vurmadan 10 ilə qədər həbsə kimi müxtəlif cəzalar tətbiq edib.
İndoneziyada qadın xəyanəti 15 il həbslə cəzalandırılır.

Bolqarıstanda xəyanət etmiş tərəf xəyanətə uğrayan tərəfə mütəmadi olaraq aliment ödəməli olur.

İsveçrədə xəyanətə görə cinayət məsuliyyəti, yaxud cərimə nəzərdə tutulmasa da, məhkəmə xəyanətkar tərəfə 3 il müddətinə nikahagirmə qadağası qoya bilər.

Böyük Britaniyada uzun illər mövcud olan qanun xəyanətə uğramış kişiyə qadından birdəfəlik kompensasiya tələb etmək hüququ verirdi. Həmin kompensasiya nikah müddətinə kişinin ailəsi üçün çəkdiyi xərcləri qarşılamaqla yanaşı, dəymiş “mənəvi zərəri” də ödəməli idi.

Çində ərinə xəyanət edən qadınlar 2 ilə qədər azadlıqdan məhrum oluna bilərlər. Onun əmlakının yarısı ərinin xeyrinə müsadirə olunur.

ABŞ-ın 10 ştatında “xəyanət” cinayət faktı sayılır. Məsələn, Minnesota ştatında həm kişi, həm də qadın xəyanətə görə 5 ilə qədər həbs cəzası və cərimə ala bilər.

Qədim monqollar ərinə xəyantə edən qadını qılıncla iki yerə bölürdülər.

Asiyanın cənubunda mövcud olmuş Tonkin krallığında xəyanətkar qadınlar fillər tərəfindən tapdalanırdı.


Bəs Azərbaycanda ərinə xəyanət edən qadınları hansı cəza gözləyir?

Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran vəkil Asif Abdullayev bildirib ki, bununla bağlı Azərbaycan Respublikasının Qanunlarında konkret cəza nəzərdə tutulmur.


Femida.az

Açar sözlər: Xəyanət   Qadın   Femida.az   Məhkəmə   ölüm    

Oxunub: 9819