Siqaret ucuzlaşdı


17:24     10 Yanvar 2018 siqaret-liderxeber-640.jpg


Bakıda bəzi siqaretlərin qiyməti ucuzlaşıb.


Femida.az-ın Azvision.az-a istinadən məlumatına görə, “Vest Kompakt” və “Rothmans” siqaretləri bu gündən etibarən 30 qəpik ucuzlaşıb. Bundan əvvəl 1.80 manata satılan siqaretlər indi 1.50 manata müştərilərə təklif olunur.

Əməkdaşımız paytaxtın bir neçə mağazasında müşahidə aparıb. Satıcılar siqaretin ucuzlaşmasını təsdiq ediblər. Bunun hansı səbəbdən olduğu bilinməsə də, digər markalı siqaretlərin də yaxın günlərdə ucuzlaşacağı gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycanda ictimai yerlərdə və qapalı məkanlarda siqaret çəkmək qadağan olunub.



Femida.az

Açar sözlər: siqaret   ucuzlaşma   femida.az  

Oxunub: 4083