Müdafiə Nazirliyinə 50 min müraciət daxil oldu
21:02 10 Yanvar 2018
2017-ci il ərzində Müdafiə Nazirliyinə daxil olmuş müraciətlərə baxılması, hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu işi Azərbaycan Respublikasının Konstitusiyasına, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlara və müdafiə nazirinin müvafiq əmrlərinə əsasən həyata keçirilib.
Nazirlikdən Femida.az bildirilib ki, ali dövlət hakimiyyəti və idarəetmə orqanlarından, nazirliklərdən, ictimai təşkilatlardan və vətəndaşlardan Müdafiə Nazirliyinə daxil olmuş 50 minədək müraciət qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə nazirliyin baş idarə, idarə və xidmətlərində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.
Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib, həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanları və müvafiq qurumlarla əlaqələr yaradılıb.
Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin “mod.gov.az” rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsində Nazirliyin rəhbər şəxslərinin qəbul günləri, vaxtı, yeri və əlaqə telefonları, eləcə də “[email protected]” elektron poçt ünvanı göstərilib.
Vətəndaşlar “Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciətlərin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, nazirliyin 912 nömrəli “Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ olaraq həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.
2017-ci il ərzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, eləcə də hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təyin olunmuş günlərdə və saatlarda 2 min nəfərdən artıq vətəndaşın qəbulu keçirilib. Qəbul zamanı daxil olmuş müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.
"2018-ci ildə də hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, həmçinin daxil olmuş müraciətlərin icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib", - deyə məlumatda vurğulanır.
Femida.az
Oxunub: 673
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Baş Qərargah: “Ukrayna Xarkov istiqamətində Rusiyanın müdafiəsini yarmağa çalışır”
- Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib