HDP liderin 19 il həbs gözləyir


15:04     11 Sentyabr 2015 demirtas.jpg

Türkiyədə Diyarbəkir prokurorluğu HDP sədri Selaheddin Demirtaş barəsində cinayət işi açmaq istəyir.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, terroru dəstəkləməkdə ittiham olunan partiya sədri 4 ayrı maddə üzrə cinayət işi açıla bilər.

Cinayət işi “Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlətin qurum və orqanlarını aşağılamaq”, “cinayət törətməyə təhrik etmək”, “Prezidentə təhqir” və “terror təşkilatının təbliğatını aparmaq” maddələri ilə qaldırıla bilər.

Cinayət işinin TBMM sədrliyinə təqdim olunması üçün Ədliyyə Nazirliyinə göndərildiyi deyilir. Əgər bu baş tutarsa HDP sədrini 19 il həbs cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 923