Axtarışda olan 6 nəfər tutulub


01:33     11 Yanvar 2018 tutuldu2.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.



Femida.az DİN-ə istinadən xəbər verir ki, axtarışda olduğuna görə 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: Cinayət   Qətl   Qəza   Əməliyyat  

Oxunub: 565