İranda erməni qadına rəhbər vəzifə verildi


14:12     11 Yanvar 2018 18_01_11_1515651148.jpg


Son 100 ildə ilk dəfə İran tarixində qadın xaçpərəst erməni kilsəsində rəhbər vəzifədə çalışacaq.


Tehranın erməni yepiskopluğunun məlumatına əsasən, Ani Kristi Manvelyan yeni diakon (xristianlıqda 3-cü dərəcəli dindar) olub.

Femida.az xəbər verir ki, 15 ildir kilsədə çalışan erməni qadın eyni zamanda kilsə tarixinin qaydalarını da pozub. Yepiskopluğun bəyanatında bildirilib ki, kilsə qanunlarına görə yalnız bakirə xanımlar deakon ola bilərlər. Ancaq İran tarixində, son 100 ildə ilk dəfə olaraq bir evli qadın diakon seçilib.

Femida.az

Açar sözlər: erməni   İran   femida.az   kilsə   din   xristianlıq  

Oxunub: 1338