Azərbaycanda kimlərə ölüm hökmü verilirdi?

Azərbaycanda kimlərə ölüm hökmü verilirdi?

11:28     11 Yanvar 2018 2018/01/ölüm-hökmü_1515655707.jpg

Dünyada bir sıra ölkələrdə cinayətə görə ölüm hökmü bu günün özündə belə qalmaqdadır.



1998-ci ilin fevral ayında Heydər Əliyev tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib və nəticə olaraq 10 fevral 1998-ci il tarixli qanun qəbul edilərək ölüm cəzası ləğv edilib.


2000-ci ilin iyun ayınadək qüvvədə olan Azərbaycan SSR Cinayət məcəlləsində bu cinayətlərə görə ölüm cəzası nəzərdə tutulurdu :

1. Vətənə xəyanət;

2. Cəsusluq;

3. Terror aktı;

4. Xarici dövlət nümayəndəsinə qarşı terror;

5. Təxribat;

6. Banditizm;

7. İslah-əmək müəssisələrinin işini pozma;

8. Müharibə dövrü səfərbərlik çağırışından yayınma;

9. Saxta pul hazırlama;

10. Bu əmələ görə əvvəl məhkum edilmiş şəxs tərəfindən valyuta əməliyyatları haqqındakı qaydaları pozma;

11. Dövlət əmlakını və ya ictimai əmlakı xüsusilə külli miqdarda talama;

12. Ağırlaşdırıcı halda qəsdən adam öldürmə;

13. Xüsusi təhlükəli resedivist tərəfindən zorlama və ya ağır nəticələrə səbəb olan zorlama, habelə azyaşlını zorlama;

14. Rüşvət almağa görə (məsul mövqe tutan vəzifəli şəxs tərəfindən, yaxud əvvəllər rüşvətxorluğa görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə və yaxud xüsusilə külli miqdarda rüşvət almağa görə); 15. Milis işçisinin və ya xalq drujinaçısının həyatına qəsd etmə;

16. Hava gəmisini qaçırma (ağır nəticələrə səbəb olduqda);

17. Hərbi cinayətlərə görə (müharibə vaxtı tabe olmama, rəisə qarşı zorakı hərəkətlər, döyüş şəraitində hərbi hissəni özbaşına buraxıb getmə və bir sıra digər cinayətlərə görə). Ölüm cəzası Bayıl həbsxanasında "ölüm kamerası" adlanan otaqda güllələnmə yolu ilə icra edilirdi.




Femida.az


Açar sözlər: Cinayət   Azərbaycan   Ölüm   Femida.az    

Oxunub: 4070