Cücə sexində yanğın olub


17:12     11 Yanvar 2018 ikirayonda%20yangin.jpg

Bu gün Siyəzəndə cücə sexində yanğın olub.


Femida.az -ın verdiyi məlumata görə, hadisə rayonun Beşdam kəndində qeydə alınıb. Ümumi sahəsi 500 kvadratmetr olan sexdə baş verən yanğın zamanı 2000 cücə yanaraq tələf olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Siyəzən Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: Yanğın    

Oxunub: 507