Küçədə qalanlar DİQQƏT! - Sosial sığınacaqlar fəaliyyətdədir


17:34     11 Yanvar 2018 18_01_11_1515663190.jpg


Havaların soyuması sosial sığınacaqları gündəmə gətirib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində 32 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin Mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, bununla yanaşı, həmin sığınacaqlar qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan şəxslərin də müvəqqəti sığınacaqla təmin olunması üçün nəzərdə tutulub:

"Hazırkı qış mövsümündə də çətin hava şəraitində müəyyən yaşayış yeri olmayanlar həm müvafiq qurumların müraciətləri, yaxud onların birbaşa, yəni fərdi qaydada müraciətləri əsasında bu sığınacaqlara yerləşdirilməsi təmin olunur. Bu şəxslər sosial sığınacaqda yerləşdirilməklə, onlara ehtiyaclarına uyğun şəkildə sosial-məişət xidmətləri göstərilir. Bunun üçün hər iki sığınacaqda bütün şərait var. Son iki aydan artıq müddət ərzində Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə müvafiq kateqoriyalardan olan 72 nəfər şəxs qəbul olunub. Onlara burada stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilib".

Qeyd edək ki, Sosial Sığınacaqlar Kompleksi Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşir və 2016-cı il dekabrın 29-da fəaliyyətə başlayıb.

Femida.az

Açar sözlər: sosial-sığınacaq   hava   ƏƏSMN   femida.az  

Oxunub: 2579


Oxşar xəbərlər