Zakir Qaralovla görüşmək istəyənlərin NƏZƏRİNƏ


18:45     11 Yanvar 2018 zakirqaralov.jpg

Baş prokuror Zakir Qaralov yanvarın 19-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Femida.az

Açar sözlər: Prokuror   Qobustan   Göyçay   Kürdəmir   Şamaxı   İsmayıllı  

Oxunub: 1012