Yanğınsöndürənlə qadın sahibkar arasında 12 minlik mübahisə - GÖYÇAYDA


20:11     11 Yanvar 2018 goycay.jpg

Göyçay rayonu Natəvan küçəsi ev 7 A mənzil 44-də yaşayan kiçik sahibkar Mayılova Minayə Seyidağa qızı tərəfindən Femida.az -a müraciət daxil olub.


Qadın sahibkarın iddiasına görə, Göyçay rayon Yanğından Mühafizə Xidmətinin işçisi Qurbanov İlqar Afad oğlu ona məxsus 12 min manatlıq məhsulumu satıb mənimsəyib.





“Mən cücə inkubatoru işlədirdim. Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşı Qurbanov İlqar Afad oğlu məndən müqavilə əsasında 12.000 manatlıq cücə götürüb Zaqatala, Qax, Baləkən və İsmayıllı rayonlarında satıb. Göyçay Yanğından Mühafizə Xidmətinin əməkdaşı İlqar Qurbanov indi pulumu vermək istəmir.”

Sahibkar qadın məsələnin hüquq müstəvisində həll olunması üçün məhkəməyə müraciət edəcəyini bildirdi.

Femida.az yazıda adı hallanan Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşı İlqar Qurbanovla əlaqə saxlayıb.


Onun sözlərinə görə, bir müddət öncə müqavilə əsasında həmin şəxslərdən 16 min manat məbləğində pul götürüb.

“ Həmin puldan 4 min manat ödəmişəm.Yerdə qalan borcumu da hissə-hissə ödəyəcəm. Mən onlara borcumun olmasından imtina etmirəm.Sadəcə olaraq bir qədər maddi sıxıntı yarandığı üçün ödəyə bilməmişəm”, deyə İlqar Qurbanov bildirib.
İlqar Qurbanov həmçinin açıqlamasında həmin pulun müalicəsi və digər problemləri üçün qarş tərəfdən götürdüyünü bildirdi.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: Göyçay   Yanğınsöndürən   Femida.az    

Oxunub: 1777