Sərnişin dolu avtobus betonqarışdıran maşınla toqquşdu


20:54     11 Yanvar 2018 avtobus%20qeza2.jpg

Bakıda marşrut avtobusu betonqarışdıran maşınla toqquşub.


Femida.az-ın məlumatına görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 214 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu betonqarışdıran maşınla toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar avtobusda olan sərnişinlər – 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı və 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğludur.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir.

Femida.az

Açar sözlər: Sərnişin   Avtobus   Betonqarışdıran   Maşın   Toqquşma  

Oxunub: 760