İki rayonun yollarını buz bağladı - Kəndlərlə əlaqə kəsildi


21:18     11 Yanvar 2018 buzlu_yol_8549.jpg

Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.


Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də, Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Şamaxının Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.

Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib, yollar qardan təmizlənib. Buna baxmayaraq axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir.

Femida.az

Açar sözlər: Şamaxı   İsmayıllı   Yollar   Buz  

Oxunub: 817