Ermənilərin olduğu təyyarə Bakıda məcburi eniş etdi
23:21 11 Yanvar 2018
Çin Hava Yollarına məxsus, Pekin-Tbilisi reysini həyata keçirən və göyərtəsində 5 erməninin olduğu (onlardan 3-ü Ermənistan vətəndaşları olub) təyyarə yanvarın 8-də Bakıda təcili eniş edib.
Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu təyyarənin sərnişini İda Mnatsakanyan deyib və əlavə edib ki, 5 erməninin arasında 5 yaşlı uşaq da olub.
“Üç gün əvvəl Pekin-Tbilisi reysi ilə uçan təyyarə, ekipaj üzvlərinin dediyinə görə, səmada bir neçə dəfə dövrə vursa da, qatı duman səbəbindən Gürcüstan paytaxtına enə bilməyib. Buna görə də təyyarə Bakı aeroportuna enmək məcburiyyətində qalıb”, - deyə o bildirib.
“Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki, o bizim erməni olduğumuzdan xəbərdardır. Öz pasportlarımızı təyyarədə qoymağı və neytral zonaya keçməyi təklif etdi. Biz elə də etdik. Uşağın və ərimin pasportlarını təyyarədə qoyduq, mən pasportumu, uşağım və özüm ABŞ vətəndaşı olduğumuz üçün, özümlə götürdüm. Ərim isə Ermənistan vətəndaşıdır. Biz 12 saat Bakı aeroportunda olduq. Bizə verdikləri yerdə yalnız biz-ermənilər idik”, -sərnişin vurğulayıb.
Mnatsakanyan həmçinin bildirib ki, Bakıdan dərhal Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanla əlaqə yaradılıb və o, erməni mənşəli ABŞ vətəndaşları haqqında Vaşinqtonu xəbərdar edib.
Qeyd edək ki, onlar Bakıdan Tbilisiyə məcburi enişdən 12 saat sonra çatıblar.
Oxunub: 6812
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib