Bakıda ağır qəza: Üç maşın toqquşdu


00:03     12 Yanvar 2018 qeza_avto.jpg

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində Heydər Əliyev Mərkəzinin qarşısında olub.

Aeroport yolu istiqamətində hərəkətdə olan üç minik avtomobili toqquşub. Avtomobillərə ziyan dəyib.

Ölən və xəsarət alan yoxdur.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Açar sözlər: Qəza   Femida.az    

Oxunub: 1947