Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib


01:21     12 Yanvar 2018 hesablama%20palatas;.jpg

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.


Femida.az -ın Palataya istinadən verdiyi xəbərə görə, iclasda dövlət büdcəsindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Açar sözlər:

Oxunub: 440