Güləş Federasiyasında kadr dəyişikliyi olub
01:45 12 Yanvar 2018
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi olub.
Femida.az AGF-nin saytına istinadən xəbər verir ki, federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Nurəddin oğlu Ələkbərov tutduğu vəzifədən azad edilib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Qəminalı oğlu Umudova həvalə edilib.
Qeyd edək ki, F.Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. O, güləş idman növünün inkişafındakı xidmətlərinə görə 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.
Femida.az
Oxunub: 1006
Oxşar xəbərlər
- Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb - SƏRƏNCAM
- Azərbaycan güləşçisi ikiqat Avropa çempionu olub
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Avropa çempionatı: Azərbaycanın titullu güləşçisi finala yüksəlib
- Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş verib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub
- Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayırıb
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub
- Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb
- Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa çempionu olub