Həyat yoldaşı küsdüyü üçün intihara cəhd etdi - Gəncədə gərgin gecə


13:11     12 Yanvar 2018 intihar3.jpg

Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib.


Femida.az xəbər verir ki, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirib.


İntihara cəhdin qarşısı alınıb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Gəncə sakini, 1990-cı il təvəllüdlü İsgəndərov İsgəndər Ayət oğlunu fikrindən daşındırmağa nail olub. Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb onun həyat yoldaşının küsüb evdən getməsi olub.

Femida.az

Açar sözlər: İntihar   Gəncə   Femida.az    

Oxunub: 1469