Qatarın üstündə paytaxta biletsiz getmək istəyirdi - " Tok " vurdu


13:33     12 Yanvar 2018 qatar2.jpg

Qazaxıstanda Kokşetau sakininin Astanaya elektrovozun üstündə getmək qərarı ona baha başa gəlib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, biletsiz səfər etmək istəyən 25 yaşlı gənci qatarın üstündə 29 min voltluq cərəyan vurub.

Gəncin bədəninin 45 faizi termik yanıqlarla yanıb. O, dərhal xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatda qalması mümkün olub.

Biletsiz gedib qazanmaq istəyən Kokşetau sakini hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.

Femida.az

Açar sözlər: Qatar   Gənc   Reanimasiya  

Oxunub: 1835