Jurnalistin " YouTube " hesabını oğurlayan şəxs saxlanıldı


13:48     12 Yanvar 2018 2018/01/26685950_1422309051230696_6333039255203594398_o_1515736236.jpg

Azərbaycanda jurnalistin YouTube hesabını ələ keçirən şəxs saxlanılıb." "


Femida.az xəbər verir ki, bu barədə Space Tv-nin əməkdaşı Amil Xəlil məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl ona məxsus olan YouTube hesabı naməlum şəxs tərəfindən ələ keçirilib.

“Hesabım oğurlandıqdan dərhal sonra Daxili İşlər nazirliyinə ərizə ilə müraciət etdim.Qısa zamanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olundum və ərizə təqdim etdim. DİN-nin qısa zamanda keçirdiyi uğurlu əməliyyat sayəsində şəxsi arxivimi oğurlayaraq silən və mənə böyük mənəvi zərər vuran şəxs isti izlərlə tapılaraq saxlanılıb.YouTube kanalımı oğrulamaqda şübhəli bilinən şəxslə özüm şəxsən görüşməli oldum. Tamahına güc gələ bilməyib mənə məxsus kanalı oğruladığını etiraf edən həmin şəxsin adı Şahindir.Məhkəməyə də müraciət edib, mənə vurduğu mənəvi və hətta maddi ziyanın ödənilməsini ondan tələb edəcəm,” deyə jurnalist bildirib.

Xatırladaq ki, son günlər Azərbaycanda bu kimi hallara tez-tez rast gəlinir.Naməlum şəxslər başqalarına məxsus sosial şəbəkələrə qanunsuz olaraq müdaxilə edir, yaxud ələ keçirirlər.Bu isə qanunvericiliklə məsuliyyət yarada bilər.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: Jurnalist   Femida.az    

Oxunub: 1982