Koçaryan: Gərginlik azaldılmalıdır, itkilərimiz olur


14:49     12 Yanvar 2018 18_01_12_1515740165.jpg


Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yanvarın ikinci yarısında görüşəcəyini açıqlayıb.


Femida.az Ermənistan mediasına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Koçaryan görüş yeri və tarixin təyin olunduqdan sonra elan ediləcəyini bildirib.

Qarabağ münaqişəsinin danışıqları barədə danışan Koçaryan:

"Tərəflər arasında etimad olmadığı üçün nəticədən danışmaq çətindir. Etimad mühiti yarada biləcək mexanizmlər tapmaq lazımdır. Atəşkəs rejimi qorunmalı və hərbi əməliyyatlar başa çatmalıdır. Gərginlik azalmalıdır, itkilərimiz olur. Odur ki, bu cür danışıqlar gərginliyin azalmasına yönəldilməlidir”.

Koçaryan əlavə edib ki, iki ölkə prezidentlərinin görüşü hələ ki, nəzərdə tutulmayıb və bu xarici işlər nazirlərinin görüşündən asılı olacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: Ermənistan   Azərbaycan   Qarabağ   Koçaryan   femida.az  

Oxunub: 3079