Bu sözlərin yazılışı dəyişə bilər - Dilçilərdən TƏKLİF
15:11 12 Yanvar 2018
Bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s).
Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunur.
Layihədə bildirilir ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.
Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Femida.az
Oxunub: 900
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır
- "Qalib Sərkərdə" kitabının təqdimatı keçirilib - VİDEO
- Milli Məclis kağız və kitabın ƏDV-dən azad olunmasını I oxunuşda qəbul edib
- Niderlandda Nizamiyə həsr olunmuş kitab nəşr edilib
- "Hazırda Mərkəzi Elmi Kitabxananın vəzifəli şəxslərinin cinayət işinin istintaqı davam etdirilir"
- Zəfər gününə həsr edilən kitab çapdan çıxıb
- Ölən şəxsin məlumatı gizlədilərək bir il pensiya alınıb
- Türkiyə Prezidenti: "Mənim kitabımda geri addım atmaq yoxdur"
- Beynəlxalq Kitab Sərgisində Ermənistanın cinayətləri nümayiş etdirilir
- VI sinif tarix kitabında 56 səhv aşkarlandı