Gömrükdə ton yarım nərə balığı aşkarlandı - FOTOLAR
15:55 12 Yanvar 2018
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı “Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında, həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1ədəd üzərində “Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 2436
Oxşar xəbərlər
- İstehlaka yararsız 1850 kq balıq məhsulu və alkoqolsuz içkilər məhv edilib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Neftçalada nəsli kəsilməkdə olan balıqları ovlayan şəxs saxlanılıb
- Salyanda brakonyerlərə qarşı reyd keçirilib, qanunsuz balıq ovunun qarşısı alınıb
- Azərbaycanda yaşayış binalarının ərazisində balıq satışı qadağan edilib
- Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər saxlanılıb
- Nərə balıqlarını satan şəxs cəzalandırılıb
- İndoneziyada balıqçıların qayıqları aşıb, 9 nəfər ölüb, 47 nəfər itkin düşüb