Fotoqraf fırıldaqçıların qurbanı oldu - Aldığı nömrə saxta sənədlərlə satılıbmış


16:10     12 Yanvar 2018 2018/01/470292_187843354676652_356004776_o_1515744366.jpg

Balakən rayon sakini Mamedov Mahmud Nəsrəddin oğlu qarşılaşdığı fırıldaqçılıqla bağlı Femida.az -a müraciət edib. Onun sözlərinə görə, keçən ilin aprel ayında aldığı nömrənin saxta sənədlə ona satıldığı məlum olub.


“ Keçən ilin aprelində mobil telefonuma zəng gəldi. Mənə işlətdiyim Bakcell nömrəsinin eynisinin Azercell şirkətinə məxsus olan sim kartı təklif olundu.Mən də həmin nömrəni almağa razılaşdım. Özüm bölgədə yaşadığım üçün pulu tanışım vasitəsi ilə həmin şəxsə çatdırdım və metroların birində nömrə dostuma verildi. Onlar nömrənin adıma sənədləşdirildiyini əks etdirən “Real Biznes” MMC –nin möhürü olan bir müqaviləni mənə verdilər.Bir il nömrəni problemsiz istifadə etdikdən sonra bağlandı. Nömrənin dubl kartını çıxartmaq üçün Azercellin bölgə üzrə ofisinə müraciət etdikdə, nömrənin mənim adıma yox, başqasının adına olduğunu bildim. Başa düşdüm ki, həmin şəxslər məni aldadıb, mənə verdikləri müqavilə də, saxtadır. Hazırda həmin nömrəni başqa bir şəxsə satıblar.Amma onun da adına rəsmiləşdirilməyib.”




( Vətəndaşa verilən müqavilə)

Mahmud Mamedov fotoqraf kimi fəaliyyət göstərdiyini və nömrəsinin bərpasının mümkünsüzlüyünün ona maddi ziyan vurduğunu bildirib.Vətəndaş qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran vəkil Adəm Məmmədov bildirib ki, 500 manatdan yuxarı məbləğ olduğu halda cinayət məsuliyyətinə səbəb ola bilər. Vətəndaşlar bu kimi hallarla rastlaşdıqları zaman məhkəməyə müraciət edə bilərlər.


“Sizin qeyd etdiyiniz bu məsələdə məbləğ az olduğu üçün cinayət məsuliyyəti yox, mülki qaydada məsuliyyətə səbəb ola bilər. Vətəndaşın saxta sənədlə bağlı iddialarını isə məhkəmə prosesi zaman aydınlıq gələ bilər”, deyə vəkil bildirib.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: Məhkəmə   Femida.az   Fırıldaqçılıq   Polis    

Oxunub: 2400