4 maşından oğurluq edən şəxs tutuldu


19:01     12 Yanvar 2018 masin_ogrusu.jpg

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, ətrafında aparılan tədbirlərlə onun ötən ilin sentyabrın 15-dən cari il yanvarın 9-dək olan müddətdə Bakı şəhər sakinləri olan İ.İmanova, R.Mikayılova, R.Məcidova, J.Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər: Maşın   Oğurluq   Tutuldu  

Oxunub: 589