Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ - İmtahan olacaq
19:08 12 Yanvar 2018
Vəkilliyə namizədlər üçün test imtahanı keçiriləcək.
Vəkillər Kollegiyasından Femida.az-a bildirilib ki, məlum olduğu kimi, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub.
Qeyd olunan tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunmuş və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqim edilmişdir. Bu ilin yanvar ayının 11-də yekunlaşan sənəd qəbulu nəticəsində qəbul üçün sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub.
Vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcəkdir.
Femida.az
Oxunub: 3364
Oxşar xəbərlər
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- MİQ üzrə test imtahanı mərhələsi başlayıb
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları keçirilib