Pensiyalar bu tarixdə köçürüləcək - Nazirlikdən AÇIQLAMA


19:48     12 Yanvar 2018 pensiyacilar-pensiyalari-bu-bankomatlardan-alacaq266f0f05a5923cf1bb532.jpg

“Növbəti həftədən yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlanacaq”.


Bu sözləri Femida.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O, bunu yeni təqvim ilinin ilk ayı, həmçinin bayramla əlaqədar ayın ilk günlərinin qeyri-iş günləri olması ilə əlaqələndirib. E. Babayevin sözlərinə görə, hər il olduğu kimi əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işləri 2018-ci ildə də normal qaydada davam etdiriləcək:



“Artıq növbəti həftədən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanacaq. Yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edəcək. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa şatdırılacaqdır”.

Qeyd edək ki, ötən ilin son ayında pensiyaların maliyyələşdıriməsi dekabrın 13-nə təsadüf etmişdi.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #pensiya   #ƏƏSMN   #Elman   #Babayev   #femida  

Oxunub: 27457