Ötən il 3109 ipoteka krediti verilib
20:12 12 Yanvar 2018
2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib. Ötən il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 milyon manat təşkil edən 12702 sayda müraciət daxil olub, 203,1 milyon manat məbləğində 3109 ipoteka krediti verilib.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, ötən il ərzində verilmiş kreditlərin 1076 ədədi (70,6 milyon manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. 2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 milyon manat) "Azərbaycan İpoteka Fondu" ASC (Cəmiyyət) tərəfindən maliyyələşdirilib.
Ümumilikdə, 2006-2017-cı illərdə cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 milyon manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 milyon manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.
İpoteka kreditlərindən faydalananların 70,3 faizi gənclər və gənc ailələrdir, 24,1 faizi isə regionlarda verilib.
Femida.az
Oxunub: 620
Oxşar xəbərlər
- Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək
- Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər
- Dövlət xəttilə verilən ipotekaların sayı 35 mini ötüb
- Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- Ombudsmandan “ipoteka” təklifi
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İndiyədək 31 mindən çox ipoteka krediti verilib
- Ötən il dövlət 257,5 milyon manat ipoteka krediti verib