Rusiya aviaşirkəti Bakıya yeni reys açır


20:28     12 Yanvar 2018 2018/01/nordstar-aviakompaniya-oficialnyy-sayt_1515760957.jpg

Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək.


Femida.az xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək.

Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq.

Yeni istiqamət üzrə reyslər "Boeing 737-800" təyyarələri ilə yerinə yetiriləcək.

Femida.az

Açar sözlər: Rusiya   Aviaşirkəti   Bakı  

Oxunub: 1009