Səhiyyə Nazirliyi saxta saytla bağlı araşdırmalara başladı
21:00 12 Yanvar 2018
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından yaradılan və 50 faiz endirimlə arıqlamaq dərmanlarını satan saxta saytla bağlı artıq araşdırmalara başlanılıb.
Femida.az xəbər verir ki, bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirib ki, bu işin arxasında kimlərin olması və nə məqsədlə belə etdikləri üzə çıxarılacaq.
“Onların yaydıqları məlumatlar tamamilə əsassızdır və saxta dərman satmaları araşdırılır. Araşdırma bitdikdən sonra saxta saytı açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək və bu barədə ictimaiyyətə də məlumat veriləcək”.
Qeyd edək ki, yaradılan saytda Azərbaycanın səhiyyə naziri Otay Şirəliyevin yerinə nazir kimi Kərim İsmayılov göstərilib. Saytda 2015-ci ildən ölkədə artıq çəkidən əziyyət çəkənlərin 82 faiz artması və sağlamlıqla bağlı problemlərin də meydana gəlməsi kimi yalan informasiyalar verilib.
Femida.az
Oxunub: 611
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
- DİQQƏT! "Meymun çiçəyi" virusu bu yolla yayılır - Səhiyyə Nazirliyi açıqlama yaydı
- Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib