Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI

19:07     12 Yanvar 2018 2018/01/616176_1515763314.jpg

Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu il ərzində ümumilikdə 137 modul tipli məktəb qurulacaq. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarında quraşdırılacaq.

Bu il, eyni zamanda, bəzi məcburi köçkün məktəblərinin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən il 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.

Femida.az

Açar sözlər: Təhsil   Məktəb   Quba   Xaçmaz   Şabran   Qusar   Siyəzən   Xızı   İsmayıllı   Ağsu   İmişli   Qobustan    

Oxunub: 444