Ölkə üzrə yığılan pambığın statistikası açıqlanıb
19:16 12 Yanvar 2018
Yanvarın 12-dək ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub.
Dövlət Statistika Komitəsindən Femida.az-a bildiriblər ki, ötən gün pambıq qəbulu məntəqələrinə 49 ton məhsul təhvil verilib.
Hazırda qeyri-neft sektorunun inkişafına yönəlmiş kompleks tədbirlər nəticəsində ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən pambıqçılıqda böyük artım müşahidə olunur. Ötən mövsümdə qəbul məntəqələrinə 89 min ton, bu mövsümdə isə 207 min tondan çox pambıq təhvil verilib.
Femida.az
Oxunub: 305